“Sumqayıt” klubu legioneri ilə müqaviləni yeniləyib | |
“Sumqayıt” futbol klubu 2020/2021-ci il mövsümü üçün növbəti futbolçu ilə müqaviləni yeniləyib. Müdafiəçi Cəmaləddin Xocaniyazov qarşıdakı iki mövsümdə də bu komandanın uğurları üçün çalışacaq. C.Xocaniyazov geridə qalan 2019/2020-ci il mövsümündə 16 oyunda ümumilikdə 1440 dəqiqə meydanda olub. O, oynadığı matçlarda bir məhsuldar ötürmə etməyi də bacarıb. |
|
Xəbər 657 dəfə oxundu. |
|
|