"Qarabağ" yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir
Ağdamın "Qarabağ" futbol klubu yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.

Ağdam təmsilçisi Danimarkanın "Kopenhagen" klubundan Uroş Matiçi heyətinə qatıb. Yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb.

Klubun rəsmi saytına açıqlama verən futbolçu deyib: "Təbii ki, "Qarabağ" haqqında məlumatım var idi. Bilirdim ki, ölkənin ən böyük klubudur. Müntəzəm olaraq avrokuboklarda çıxış edir, bu da mənim "Qarabağ"ı seçməyimdə əsas rol oynadı. Artıq "Qarabağ"ın içindəyəm. Bir daha şahidi oldum ki, bu uğurların heç biri təsadüf deyil. Komandada çox yaxşı ailə atmosferi var və çox xoşbəxtəm ki, bu ailənin bir üzvünə çevrildim. Yeni komandama fayda vermək üçün bütün gücümlə çalışacağam və oyunumla özümü azarkeşlərə sevdirəcəyəm".

Xəbər 545 dəfə oxundu.