Loran Blan “Barselona”nın baş məşqçisi postuna əsas namizəddir | |
PSJ-nin və Fransa millisinin sabiq baş məşqçisi Loran Blan karyerasını “Barselona”da davam etdirə bilər. Komandanın İspaniyada titulsuz qalmasından sonra Kike Setyenin istefası gündəmdən düşmür. Yerli mediada yayılan xəbərlərə əsasən, “Barselona”nın idman direktoru Erik Abidal məhz həmyerlisini klubun baş məşqçisi vəzifəsinə gətirməyə çalışır. Əlli dörd yaşlı mütəxəssis 2016-cı ildə PSJ-nin baş məşqçisi postunu tərk edəndən sonra işsizdir. L.Blan 1996-1997-ci il mövsümündə “Barselona”da çıxış edib. O, 1 il ərzində 38 oyuna çıxıb və 1 qol vurub. Baş məşqçi postu ətrafında söz söhbətlərin davam etdiyi bir vaxtda Kike Setyen öz işindədir. O, futbolçulara 1 həftəlik istirahət verib. İyulun sonunda isə komanda yenidən təlim-məşq toplanışına başlayacaq və UEFA Çempionlar Liqasına hazırlaşacaq. |
|
Xəbər 541 dəfə oxundu. |
|
|