Millimizin üzvü İngiltərə klublarının maraq dairəsindədir | |
“Vulverhempton” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Renat Dadaşov ilə İngiltərənin “Birmingem Siti” komandası maraqlanır. Çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarə əsasında heyətinə qatmaq istəyib. Tərəflər arasında danışıqların olduğunu, lakin klublar arasında razılıq əldə olunmadığı bildirlir. R.Dadaşovun digər Çempionşip klubu – “Koventri”nin də maraq dairəsində olduğu qeyd olunur. Qeyd edək ki, futbolçu 2019-cu ilin avqustunda “Vulverhempton” ilə dördillik müqavilə imzalayıb. |
|
Xəbər 568 dəfə oxundu. |
|
|