“Neftçi” ardıcıl üçüncü legioner futbolçunu transfer edib | |
Bakının “Neftçi” klubu ardıcıl üçüncü legioner futbolçunu transfer edib. Braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souza ilə 2+1 il müddətinə müqavilə bağlanıb. On doqquz yaşlı futbolçu komandanın heyətində 4 nömrəli formanı geyinəcək. “Brasilis”in yetirməsi olan Rener Alves De Souza Braziliyanın “Fortaleza” klubunda çıxış edib. O, “Fortaleza”nın əsas komandası ilə yanaşı, U-19 və U-20 komandalarında da oynayıb. Futbolçu U-20 komandası ilə “Copa do Nordeste”nin qalibi olub. Qeyd edək ki, “Neftçi” bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı və Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini transfer etmişdi. |
|
Xəbər 541 dəfə oxundu. |
|
|