"Keşlə" klubu üç yoxlama oyunu keçirəcək | |
Şamaxıda təlim-məşq toplanışında olan Bakının “Keşlə” futbol klubu planlarını açıqlayıb. Paytaxt təmsilçisi iyulun 24-də hazırlığı ikitərəfli oyunla başa vuracaq. Bundan sonra Tərlan Əhmədovun komandası Bakıya qayıdacaq və baş məşqçi futbolçuları iyulun 27-dək istirahətə buraxacaq. Mövsümün bürünc mükafatçısı toplanışın ikinci hissəsində 3 yoxlama görüşü keçirmək niyyətindədir. Komanda avqustun 1-də Qəbələdə "Zirə" ilə qarşılaşacaq. Digər iki qarşılaşma avqustun 3-də və 5-də olacaq. Xatırladaq ki, "Keşlə" ilk yoxlama matçını Qəbələdə "Qarabağ"la keçirərək 1:3 hesabı ilə uduzub. |
|
Xəbər 484 dəfə oxundu. |
|
|