İbrahimoviçin dublu sayəsində “Milan” növbəti dəfə qələbə qazanıb
İyulun 21-də futbol üzrə İtaliya çempionatının 35-ci turunun növbəti oyunu keçirilib.

“Milan” klubu səfərdə "Sassuolo" komandasını qəbul edib.

Berqamodakı "Mapei" stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesabı ilə qələbəsi ilə başa çatıb.

Oyunda hesabı “Milan” 19-cü dəqiqədə Zlatan İbrahimoviçin sayəsində açıb.

Oyunun 42-ci dəqiqəsində meydan sahibləri hesaba tarazlıq gətirib. Hakimin təyin etdiyi penaltini Françesko Kaputo dəqiq yerinə yetirib.

Birinci hissənin son dəqiqələrində “Milan” yenidən hesabda önə keçib. Bu dəfə də “Milan”ın isveçli qol silahı Z.İbrahimoviç fərqlənib.

Fasilədən sonra hər iki komandanın qol vurmaq şansı olsa da, hesab dəyişilməyib.

Bu qələbə sayəsində “Milan” xal ehtiyatını 59-a çatdıraraq turnir cədəlində beşinci yerə yüksəlib. “Sassuolo” isə 48 xalla 8-ci yerdə qərarlaşıb.

“Milan” A Seriyasında ardıcıl üçüncü qələbəsini qazanır.

Qeyd edək ki, bu oyuna gədər “Sassuolo” səkkiz oyun məğlub olmurdı. “Milan”ın isə 10 oyunluq məğlubiyyətsiz seriyası davam edir.

Növbəti turda “Milan” öz meydanında “Atalanta”nı qəbul edəcək, “Sassuolo” isə səfərdə “Napoli”nin qonağı olacaq.

Xəbər 608 dəfə oxundu.