“Atalanta” ardıcıl 12 oyun məğlub olmur
İyulun 21-də futbol üzrə İtaliya çempionatının 35-ci turunun növbəti oyunu keçirilib.

“Atalanta” klubu doğma azarkeşlər önündə "Bolonya" komandasını qəbul edib.

Berqamodakı "Atleti Adzurri" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

Matçda yeganə qol ikinci hissənin ortalarında vurulub - 62-ci dəqiqədə Luis Murel fərqlənib.

"Atalanta" 74 xal yığaraq İtaliya milli çempionatının yarış cədvəlində ikinci yerə yüksəlib. "Bolonya" isə 43 xalla 10-ci yerdə qərarlaşıb.

Yarışın lideri Turin "Yuventus"udur. Komandanın 80 xalı var.

"Atalanta" növbəti turda səfərdə "Milan"la qarşılaşacaq. "Bolonya" isə evdə "Leççe" ilə oynayacaq. Matçlar 24 iyulda keçiriləcək.


Xəbər 526 dəfə oxundu.