"Qalatasaray" doğma divarlar arasında "Göztəpə"ni məğlub edib | |
İyulun 18-də futbol üzrə Türkiyə çempionatının 33-cü turunun birinci qarşılaşmasında "Qalatasaray" doğma meydanda "Göztəpə"ni qəbul edib. Maraqlı keçən qarşılaşmada hesabı 60-cı dəqiqədə meydan sahiblərinin uruqvaylı müdafiəçisi Marselo Saraçi açıb. Lakin 77-ci dəqiqədə qonaqlar hesaba tarazlıq gətiriblər. Stefano Napolioni hədəfi dəqiq nişan alaraq hesabı bərabərləşdirib. İstanbul təmsilçisi isə 81-ci dəqiqədə Əmrə Akbaba, 90-cı dəqiqədə Yunus Akgünün vurduğu qollarla qələbəsini rəsmiləşdirib. Günün digər "Qaziantep" - "Kasımpaşa" matçında isə qalib müəyyənləşməyib - 2:2. Bundan əlavə, turun digər oyunları iyulun 19-da keçiriləcək. Türkiyə çempionatında hazırda "Başakşəhər" 66 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 62 xalla ikincidir. "Sivasspor" 57 xalla üçüncü, "Beşiktaş" klubu isə 56 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Qalatasaray" (55 xal), "Alanyaspor" (51 xal), "Fənərbağça" (50 xal) və digər komandalar gəlir. |
|
Xəbər 446 dəfə oxundu. |
|
|