Şahmat üzrə Qran-Pri turnirinin dördüncü mərhələsinin finalçıları müəyyənləşib | |
Sürətli şahmat üzrə “Womens Speed Chess Championship” yarışı çərçivəsində iyulun 17-də onlayn Qran-Pri turnirinin dördüncü mərhələsinin yarımfinal yarışları keçirilib. Final mərhələsinə vəsiqə uğrunda çinli Hou Yifan hindistanlı Humpi Koneruya 6:5 hesabla məğlub olub. Digər oyunda isə rusiyalı Aleksandra Kostenyuk iranlı Sarasadat Hademalşarieh üzərində 7,5:3,5 hesablı qələbə qazanıb. Bazar günü keçiriləcək final yarışlarında H.Koneru A.Kostenyukla mübarizə aparacaq. Qeyd edək ki, Azərbaycan şahmatçısı Günay Məmmədzadə Qran-Prinin əvvəlki 3 mərhələsində iştirak etsə də, çıxışı uğurlu alınmayıb. Xatırladaq ki, Qran-Prinin mərhələ yarışlarının nəticəsinə görə ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq. |
|
Xəbər 572 dəfə oxundu. |
|
|