Şəhriyar Məmmədyarov “Summer of Seattle” turnirində ikinci yeri tutub | |
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi “Summer of Seattle” turniri başa çatıb. Şahmatçımız 6 turdan 3,5 xal toplayaraq ikinci nəticəni göstərib. Turnirin qalibi 4 xalla amerikalı Ceffri Şonq olub. Sonrakı yerlərdə Rusiya təmsilçisi Vladimir Fedoseyev (3 xal) və vyetnamlı Le Kyanq Liem (1,5 xal) qərarlaşıblar. |
|
Xəbər 614 dəfə oxundu. |
|
|