AFFA-nın texniki direktoru ilə müqavilə uzadılmayıb
AFFA-nın texniki direktoru Bernhard Lippertin müqaviləsi iyunun 30-da başa çatıb. Almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb.

Texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın kütləvi futbol departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub.

AFFA rəhbərliyi B.Lippertə gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər 600 dəfə oxundu.