«Messi» «Beşikdaş»da
«Beşikdaş», «Qalatasaray»ın uzun müddətdir izlədiyi «Messi» ləqəbli gənc ulduzluğa namizədi - 14 yaşlı istedadı heyətinə qatıb. İdman.com.az saytının məlumatına görə, Bərat, Məhməd, Oğuzxan kimi gənc oyunçuları rənglərinə bağlayan «ağ-qaralar», transferdəki uzun davam edən susqunluğunu pozub.

«Qalatasaray»ın da 10 yaşından bəri sıralarına cəlb etmək istədiyi İskəndərundan olan aşağı dəstə təmsilçisi «Qaraağaçspor» 14 yaşlı vunderkindi Səbahəddin Gizlən «qara qartallar»ın gələcəyinin ulduzu olacaq.

Futbolçunun kluba cəlb edilməsinin əsas səbəbkarı onu neçə illərdir yaxından izləyən və «Beşikdaş»a da «İskəndərunspor»dan keçmiş Səməd Aybabadır. Sol ayağı ilə əla oynayan yeniyetmə futbolçu istedadı və oyun tərzinə görə "Messi" ləqəbini alıb.

Xəbər 1011 dəfə oxundu.