Şahmat üzrə Qran-Pri turnirinin üçüncü mərhələsinin yarımfinal yarışları keçiriləcək
FIDE-nin təşkilatçılığı ilə keçirilən sürətli şahmat üzrə “Womens Speed Chess Championship” yarışı çərçivəsində iyulun 10-da onlayn Qran-Pri turnirinin üçüncü mərhələsinin yarımfinal yarışları keçiriləcək.

Yarışda Rusiya şahmatçısı Yekaterina Laqno həmyerlisi Aleksandra Kostenyuk, çinli şahmatçı Hou Yifan iranlı Sarasadat Hademalşarieh ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan şahmatçısı Günay Məmmədzadə səkkizdəbir finalda rəqibi çinli Vencun Cu ilə mübarizədə uduzaraq yarışda çıxışını başa vurub.

Xəbər 976 dəfə oxundu.