“Red Bull”: Sebastyan Fettel üçün yerimiz yoxdur | |
Fernando Alonsonun “Reno” ilə ikiillik müqavilə imzalamasından sonra Avropa mətbuatının növbəti müzakirə mövzusu Sebastyan Fettelin “Red Bull”a qayıdışıdır. Alonso 2 dəfə “Reno” ilə Formula 1 çempionu olmuşdusa, Fettel 4 dəfə “qırmızı öküzlər”lə dünyanın ən güclü pilotu adını qazanıb. Mövsümün sonunda “Ferrari” ilə müqavilə müddəti başa çatacaq S.Fettelin gələcək taleyinin sual altında olması “Red Bull”u hərəkətə keçirməli idi. Almaniya və Avstriya mətbuatının məlumatına görə, “Red Bull”un sahibi Ditrix Mateşits və şirkətin avtoidman bölməsinin baş məsləhətçisi Helmut Marko S.Fetteli geri qaytarmaq istəyir. Növbəti mövsüm Fetteli geri qaytarmaq istəyən “Red Bull” Aleksandr Albonu “Alfa Tauri”yə göndərməyi planlaşdırır. Bu xəbər avtoidman həvəskarlarını həyəcanlandırdığı bir məqamda “Red Bull”un məsləhətçisi Helmut Marko bütün suallara aydınlıq gətirib: “Sebastyan Fettel üçün yerimiz yoxdur. Biz Albona inanırıq. Aleksandrın bir tərəfi tailandlıdır, “Red Bull”un 51 faizi isə Tailandındır. Fettelin yerinə olsaydım, birillik istirahət götürərdim, vəziyyəti dəyərləndirərdim. Bəlkə bir ildən sonra yaxşı təklif gəldi. Bəlkə də özünü ailəsinin əhatəsində daha rahat hiss etdi və geri qayıtmaq istəmədi”. |
|
Xəbər 817 dəfə oxundu. |
|
|