“Chessable Masters”: Finalda Maqnus Karlsen Aniş Giri ilə mübarizə aparacaq | |
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə rapid üzrə keçirilən seriya turnirinin üçüncü mərhələsində - “Chessable Masters” yarışının final oyunu start götürəcək. İyulun 3-də onlayn formatda keçiriləcək matçda M.Kalsen hollandiyalı şahmatçı Aniş Giri ilə oynayacaq. Qeyd edək ki, “Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda iştirakını dayandırıb. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır. Xatırladaq ki, beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsinin - “Magnus Carlsen Invitational” yarışının qalibi M.Karlsen olub. İkinci mərhələdə - “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb. Seriya çərçivəsində növbəti mərhələ - “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək. |
|
Xəbər 630 dəfə oxundu. |
|
|