Azərbaycan millisinin sabiq üzvü karyerasını İsraildə davam etdirəcək | |
Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Dalibor Şukiç karyerasını İsraildə davam etdirəcək. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin şərəfini qoruyan D.Şukiç “Hapoel Haşaron” klubu ilə anlaşıb. Həndbolçu yeni komandası ilə ikiillik müqavilə imzalayıb. Qeyd edək ki, Azərbaycan millisi “Bakı-2017”də beşinci olmuşdu. |
|
Xəbər 704 dəfə oxundu. |
|
|