“Qəbələ”nin futbolçusu “Neftçi”dən təklif alıb | |
“Qəbələ”nin futbolçusu Qismət Alıyev “Neftçi”dən təklif alıb. Bu barədə müdafiəçinin özü məlumat verib. Bölgə klubunun gənc futbolçusu qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcəyini bildirib: “Neftçi” ilə danışıqlar olub, amma hazırda hansısa razılıq mərhələsinə gəlməmişik. “Qəbələ” mənə çox doğmadır. On bir ildir burada çıxış edirəm. Rəhbərliklə danışıb, hər şeyi götür-qoy edib qərar verəcəyəm. Qarşıdakı günlərdə məsələyə aydınlıq gələcək”. |
|
Xəbər 564 dəfə oxundu. |
|
|