Türkiyə Superliqası: “Fənərbağça” son dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb | |
Futbol üzrə Türkiyə çempionatının XXIX turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” “Yeni Malatyaspor”u qəbul edib. Maraqlı keçən qarşılaşmada hesabı 70-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Vedat Muruqi açıb. Matçın 81 və 89-cu dəqiqələrində qonaqların futbolçuları Yousif Ndayişimiye və Mitçel Donald vurduğu qollarla komandalarını hesabda irəli keçiriblər - 1:2. Lakin İstanbul təmsilçisinin yarımmüdafiəçisi Ozan Tufan görüşün 91 və 96-cı dəqiqələrində iki dəfə fərqlənərək komandasına qələbə qazandırıb. Beləliklə, “Fənərbağça” Ozan Tufanın son dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb. Günün digər matçlarında “Göztəpə” – “Alanyaspor” və “Trabzonspor” – “Ankaragücü” komandaları üz-üzə gələcəklər. Bundan əlavə, turda iyunun 28-də “Rizəspor” – “Dənizlispor”, “Sivasspor” – “Kayserispor”, “Qaziantep” – “Antalyaspor”, “Başakşəhər” – “Qalatasaray” komandaları qarşılaşacaq. XXIX tura iyunun 29-da “Gənclərbirliyi” – “Kasımpaşa” görüşü ilə yekun vurulacaq. Türkiyə çempionatında hazırda “Başakşəhər” 59 xalla turnir cədvəlinin lideridir. “Trabzonspor” 57 xalla ikincidir. “Sivasspor” 53 xalla üçüncü, “Qalatasaray” klubu isə 51 xalla dördüncü pillədə qərarlaşıb. |
|
Xəbər 735 dəfə oxundu. |
|
|