UEFA federasiyalara 1,5 milyard dollar yardım ayırıb | |
FIFA futbol üzrə milli federasiyalara koronavirus pandemiyasının fəsadları ilə mübarizə aparmaq üçün 1,5 milyard ABŞ dolları ayırıb. AFFA da daxil olmaqla quruma üzv 211 assosiasiyanın hər birinə 1 milyon dollar, qadın futbolunun inkişafı üçün əlavə 500 min dollar yardım ediləcək. Altı konfederasiyanın hər biri 2 milyon dollar alacaq. Bu ödənişlər FIFA-nın planının ilk iki mərhələsində həyata keçiriləcək. Üçüncü mərhələdə isə hər bir milli assosiasiya 500 min dollardan 5 milyon dollaradək kredit almaq üçün müraciət hüququna malik olacaq. Konfederasiyalara 4 milyon dollaradək kredit təklif ediləcək və xərclərin səmərəliliyinə nəzarət edən xüsusi komitə yaradılacaq. |
|
Xəbər 569 dəfə oxundu. |
|
|