Rusiya klubunda üç futbolçuda koronavirus aşkarlanıb | |
Rusiyanın “Dinamo” (Moskva) klubunun üç futbolçusunda koronavirus aşkarlanıb. Şarl Kabore, Sebastyan Şimanski və Klinton Njinin koronavirusa yoluxduğu bildirilib. Futbolçular komandadan ayrılaraq, karantinə alınıblar. Rusiya Premyer Liqasının rəhbərliyi iyunun 21-də keçirilməli olan “Krasnodar”-“Dinamo” matçını təxirə salıb. Görüş iyulun 19-da keçiriləcək. |
|
Xəbər 561 dəfə oxundu. |
|
|