“Dinamo Zaqreb” futbol klubu 21-ci dəfə Xorvatiya çempionu olub | |
“Dinamo Zaqreb” futbol klubu Xorvatiya çempionu titulunu qoruyub. Zaqreb təmsilçisi Xorvatiya çempionatının 30-cu turunda çempionluğunu rəsmiləşdirib. “Dinamo”nun yaxın izləyicisi “Lokomotiv” çempiondan 19 xal geridə olub. Yarışın yekunlaşmasına isə 6 tur qalıb. Beləliklə, “Dinamo Zaqreb” 21-ci dəfə, son 15 ildə isə 14-cü dəfə ölkə çempionu adını qazanıb. Qeyd edək ki, “Dinamo Zaqreb” Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. |
|
Xəbər 572 dəfə oxundu. |
|
|