Tennis üzrə Fransa açıq çempionatı tamaşaçıların iştirakı ilə keçiriləcək
Koronavirus pandemiyası səbəbindən vaxtı dəyişdirilmiş tennis üzrə Fransa açıq çempionatı (“Rolan Qarros”) tamaşaçıların iştirakı ilə keçiriləcək.

Bunu Fransa Tennis Federasiyasının (FTF) rəhbəri Bernar Cudiçelli KİV-lərə açıqlamasında bildirib.

O qeyd edib ki, turnirin tamaşaçıların iştirakı ilə keçirilməsi qərara alınsa da, tribunadakı azarkeşlərin sayı ilə bağlı yekun qərar hələ qəbul edilməyib. FTF rəhbərinin sözlərinə görə, Parisdə “Masters” seriyalı turnir planlaşdırıldığı vaxtda – oktyabrın 31-dən noyabrın 8-dək keçiriləcək. Fransa açıq çempionatına biletlər iyunun sonu iyulun əvvəlində satışa çıxarılacaq.

Qeyd edək ki, Fransa açıq çempionatının son qalibi ispaniyalı Rafael Nadaldır.

Xəbər 588 dəfə oxundu.