Futbol üzrə İtaliya A Seriyasının növbəti mövsümünün başlanma vaxtı müəyyənləşib
Futbol üzrə İtaliya A Seriyasının 2020-2021-ci il mövsümün başlama tarixi məlum olub.

Yeni mövsüm sentyabrın 12-də başlayacaq. Rəsmi təsdiq bu gün Liqa Şurasının iclasında veriləcək.

Qeyd edək ki, cari mövsüm koronavirus pandemiyasına görə iki aydan çox dayandırılıb. Mövsümün davamı iyunun 20-də nəzərdə tutulur.

Xəbər 579 dəfə oxundu.