Millimizin sabiq futbolçusu Rusiyanın Premyer Liqa klubu ilə anlaşıb
Futbol üzrə Azərbaycan millisinin sabiq üzvü David Karayevin yeni komandası müəyyənləşib.

Rusiyanın aşağı liqa təmsilçisi “Kamaz” ilə yollarını ayıran futbolçu Premyer Liqa klubu ilə anlaşıb. Hücumçu 2020-2021-ci il mövsümündə “Ural”ın şərəfini qoruyacaq. Futbolçu yeni komandasında 7 nömrəli formanı geyinəcək. O, artıq kollektivlə birlikdə məşqlərdə iştirak edir.

Qeyd edək ki, D.Karayev sonuncu mövsümdə “Kamaz”ın heyətində meydana çıxdığı 16 oyunda 11 qol vurub.


Xəbər 524 dəfə oxundu.