“Real Madrid” qələbə qazanaraq “Barselona” ilə xal fərqini azaldıb | |
İyunun 14-də futbol üzrə İspaniya La Liqasının 28-ci turunun növbəti oyunları keçirilib. Çempionluğa iddialı “Real Madrid” öz meydanında “Eybar” komandasını qəbul edib. Görüş Madrid təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Real”ın heyətində Toni Kross, Serxio Ramos və Marselo, “Eybar”ın isə Pedri Biqas fərqləniblər. Bu qələbədən sonra xal ehtiyatını 59-a çatdıran “Real” çempionluq yolunda əsas rəqibi sayılan “Barselona” ilə xal fərqini ikiyə çatdırıb. Xatırladaq ki, “Barselona” iyunun 13-də səfərdə “Malyorka”nı məğlub edmişdi - 4:0. Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Sevilya” - “Real Betis” - 2:0; “Qranada” - “Xetafe” - 2:1; “Valensiya” - “Levante” - 1:1; “Espanyol” - “Deportivo Alaves” - 2:0; “Selta Viqo” - “Vilyareal” - 0:1; “Leqanes” - “Real Valladolid” - 1:2; “Atletik Bilbao” - “Atletiko Madrid” - 1:1. |
|
Xəbər 594 dəfə oxundu. |
|
|