URS şahmatçıların reytinq cədvəlini açıqlayıb | |
Şahmatçıların iyunun 1-i üçün “Grand Chess Tour” və Kasparov Fondu tərəfindən təsis edilmiş universal reytinq siyahısı (URS) açıqlanıb. Reytinq cədvəlində klassik şahmat, rapid və blits üzrə bütün yarışlarda çıxışların nəticələri nəzərə alınıb. Reytinq əmsalları 2760 olan Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov 11-ci, Teymur Rəcəbov 12-ci yerləri tutublar. Siyahının birinci pilləsində norveçli dünya çempionu Maqnus Karlsen (2855) qərarlaşıb. Amerikalı Hikaru Nakamura (2801) ikinci, fransalı Maksim Vaşe-Laqrav (2797) üçüncüdür. İlk yüzlükdə Azərbaycan şahmatçılarından Rauf Məmmədov və Eltac Səfərli də yer alıblar. R.Məmmədov (2687) 53-cü, E.Səfərli (2661) 92-ci pillədədirlər. |
|
Xəbər 602 dəfə oxundu. |
|
|