Robert Levandovski şəxsi rekordunu yeniləyib | |
Almaniyanın “Bavariya” futbol klubu Robert Levandovski şəxsi rekordunu yeniləyib. 31 yaşlı hücumçu Almaniya kubokunun finalı çərçivəsində keçirilən “Ayntraxt”la matçda (2:1) fərqlənərək cari mövsüm keçirdiyi 39 oyunda vurduğu qolların sayını 45-ə yüksəldib. Bununla da o, şəxsi rekordunu daha da yaxşılaşdırıb. Qeyd edək ki, Levandovski 2016-2017-ci il mövsümündə 47 oyunda 43 qol vurub. |
|
Xəbər 574 dəfə oxundu. |
|
|