Avro-2012: «İspanlar bizi topsuz qoydular» | |
İspaniya yığmasının baş məşqçisi Visente del Boske oyundan sonra mətbuata danışarkən rəqibin sırf müdafiə taktikasını seçməsindən təəccübünü gizlətmədi: «Mən daha çox fransalıların müdafiə taktikasından danışmaq istəməzdim. Bizdə istənilən sıx müdafiəni yarmağı bacaran oyunçular var. Fransanın da təhlükəli əks-hücumları olurdu. Benzema fəal idi, ancaq biz onun öhdəsindən gəldik». İdman.coğ.az saytının məlumatına görə, Fabreqasın bu dəfə startda çıxmasını baş məşqçi belə izah edib: «Biz hücumda yaradıcı oynayaraq rəqibi də əksoyun şansından məhrum etmək istəyirdik. Sesk kollektiv oyunda lap yaxşıdı. Biz ümumiyyətlə, hücumda 3 nəfəri nəzərdə tuturduq. Hər şey istədiyimiz kimi alındı». Matçın qəhrəmanı haqqında onun fikirləri isə belədi: Bizim müdafiəçilər də hücumu dəstəkləyə bilirlər. Xabi ağıllı oyunçudu və necə kömək etməyi, harada olmağı yaxşı bilir. Hücumu da yaxşı başa vura bilir və başla əla oynayır. O, bizim yarımmüdafiədə ən yaxşılardandı». Del Boske portuqaliyalıların indi yarımfinala hazırlığa iki gün artıq vaxtlarının olmasından narahat deyil: «Əminəm ki, bərpa oluna biləcəyik. Özü də bizim əla əhvalımız var». Loran Blan mətbuat konfransında qaraqabaq əyləşmişdi. Dərhal da komandasının hədsiz ehtiyatlı taktikasını izah etməyə başladı: «Belə heyəti ispanların gücünü nəzərə alaraq çıxartmışdım. Biz onları dayandırmaq istəyirdik. Xabi Alonsonun qolu isə çox gözlənilməz oldu. Bu qol komandanı əsəbiləşməyə vadar etdi. Mən ümidimi Riberinin oynadığı sol qanada bağlayırdım. İspanların da ən zəif yeri kimi buranın olduğunu düşünürdüm. Biz çalışdıq, amma oyunu diktə etməyə texnikamız çatmadı. Üstəlik də seytnota düşdük, oyuna nəzarəti əldə edə bilmədik. Top alma oyunçuların nəfəsini kəsdi. Uduzarkən nəyisə dəyişmək istədik, lakin bu, çox çətin iş oldu. Biz hər şeyə real baxmalıyıq – İspaniya yığması bizdən yaxşıdı. Rəqib oyunda dominantlıq edir və bizi topsuz qoyurdu. Ancaq mənə belə gəlir ki, onlar bizdən qorxurdular. Həqiqətən də bir neçə imkanımız oldu. İkinci hissəmiz də daha yaxşı alındı. İnanın ki, komanda çalışırdı və əlindən gələni etdi. İndi vəziyyəti təhlil edəcəyik. Bizim bunun üçün kifayət qədər vaxtımız var. Görək gələn mərhələdə nə olacaq?» |
|
Xəbər 992 dəfə oxundu. |
|
|