“Neftçi”-“Keşlə” yoxlama matçı təxirə salınıb
Bakının “Neftçi” futbol klubu Premyer Liqanın qarşıdakı səkkiz oyununun hazırlığını davam etdirir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, həftəsonu yaşayış yerini tərk etmək qadağasına görə istirahət etmək məcburiyyətində qalan komandanın üzvləri iyunun 8-də axşam məşqinə çıxacaq.

“Neftçi”nin hazırlıq çərçivəsində “Keşlə” ilə iyunun 9-u keçirəcəyi yoxlama matçı bir gün sonraya təxirə salınıb. Görüş iyunun 10-da saat 18:00-da “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq.

Xəbər 562 dəfə oxundu.