Amanda Nunes yarım yüngül çəkidə UFC çempionu titulunu müdafiə edib | |
Braziliyalı Amanda Nunes kanadalı Felicia Spenceri məğlub edərək yarım yüngül çəkidə UFC (Mütləq Döyüş Çempionatı) çempionu titulunu müdafiə edib. “UFC 250” turnirinin əsas yarışı olan bu döyüş Las-Veqasda koronavirus pandemiyası səbəbindən boş tribunalarda keçirilib. Braziliyalı 32 yaşlı döyüşçü, eyni zamanda, ən yüngül çəkidə UFC çempionudur. Onun aktivində 20 qələbə, 4 məğlubiyyət var. Kanadalı 29 yaşlı döyüşçü isə karyerası ərzində 8 qələbə qazanıb, 4 dəfə məğlub olub. |
|
Xəbər 878 dəfə oxundu. |
|
|