Tomas Müller Bundesliqa tarixində rekorda imza atıb | |
Almaniya Bundesliqasının XXIX turunda “Bavariya” doğma meydanda “Fortuna” klubunu qəbul edib. Matçda Münxen təmsilçisi 5:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada “Bavariya”nın hücumçusu Tomas Müller 18-ci qol ötürməsini edib. Otuz yaşlı hücumçu görüşün 43-cü dəqiqəsində komanda yoldaşı Robert Levandovskiyə məhsuldar ötürmə edib. Bu, T.Müllerin cari mövsümdə 18-ci asisti olub. Almaniyalı hücumçu ötən 29 turda məhsuldar ötürmə sayına görə Bundesliqada yeni rekorda imza atıb (göstəricilər çempionatın 2004-2005-ci il mövsümündən etibarən nəzərə alınır). Xatırladaq ki, T.Müller 2008-ci ildə Münxen klubunda debüt edib. Hücumçu cari ilin aprelində “Bavariya” klubu ilə 2023-cü ilin yayınadək müqaviləsini uzadıb. |
|
Xəbər 546 dəfə oxundu. |
|
|