Toto Volf “Mercedes”in rəhbəri vəzifəsindən istefa verə bilər | |
Toto Volf yeni Formula 1 mövsümünün sonunda “Mercedes”in rəhbəri vəzifəsindən ayrıla bilər. Avtoidman funksioneri mərhum Niki Lauda kimi komandanın qeyri-rəsmi direktoru vəzifəsində çalışacaq və klubun 30 faiz səhmlərindən imtina etməyəcək. Yaxın gələcəkdə “Mercedes”in Lourens Strollun himayəsinə keçməsi ehtimalı var. Bu halda isə bir neçə ay əvvəl “Aston Martin”in səhmlərinə sahib çıxan kanadalı biznesmenin fəaliyyəti “Daymler”in nəzarətinə keçəcək. Yəni, “Mercedes”in himayədarı “Daymler” həm də “Aston Martin”ə nəzarət edəcək. |
|
Xəbər 534 dəfə oxundu. |
|
|