Almaniya Bundersliqasının 28-ci turun mərkəzi qarşılaşması minimal hesabla başa çatıb
Mayın 26-da Almaniyada ölkə çempionatının 28-ci turuna start verilib.

Turun start görüşündə iki əzəli rəqib “Borussiya Dortmund” və “Bavariya” üz-üzə gəliblər. “Signal İduna” stadionunda baş tutan görüş “Bavariya”nın minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 43-cü dəqiqədə Coşua Kimix olub.

Bu qələbədən sonra “Bavariya” xal ehtiyatını 64-ə çatdıraraq turnir cədvəlində vahid liderdi. “Borussiya” isə 57 xalla ikinci pillədə qərarlaşıb.

Turun digər oyunları bu axşam, qalan oyunlar isə mayın 27-də baş tutacaq.


Xəbər 596 dəfə oxundu.