“Lindores Abbey Rapid Challange” onlayn şahmat turnirinin daha 4 oyunları keçirilib | |
Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen tərəfindən təşkil edilən “Lindores Abbey Rapid Challange” onlayn şahmat turnirinin daha dörd turunun oyunları keçirilib. Rapid üzrə yarışın növbəti 4 turunda aktivlərinə daha 2,5 xal yazdıran amerikalı şahmatçı Hikaru Nakamura və rusiyalı Sergey Karyakin bu nəticə ilə turnir cədvəlinin ilk pillələrində qərarlaşıblar. Onlardan 1 xal geridə qalan Maqnus Karlsen və ABŞ-ın digər təmsilçisi Uesli So sonrakı iki yeri tuturlar. Qeyd edək ki, yarış M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin ikinci mərhələsidir. |
|
Xəbər 560 dəfə oxundu. |
|
|