Paraqvaylı futbolçu Derlis Meza Kolli yenidən ölkəmizə qayıda bilər | |
Vaxtilə Azərbaycanda oynamış paraqvaylı futbolçu Derlis Meza Kolli yenidən ölkəmizə qayıda bilər. Bu barədə futbolçunun özü məlumat verib. Hazırda Rumıniyanın “Petrolul” klubunda oynayan yarımmüdafiəçinin sözlərinə görə, onunla Azərbaycanın iki klubu maraqlanır. Ancaq hazırda klubu ilə müqaviləsi olan Derlis Meza Kolli hər şeyin mövsümün sonunda dəqiqləşəcəyini açıqlayıb. Qeyd edək ki, futbolçu ölkəmizdə “Neftçi”, “İnter” və “Qəbələ”də çıxış edib. Onun qardaşı Sezar Meza Kolli isə hazırda “Keşlə”də oynayır. |
|
Xəbər 563 dəfə oxundu. |
|
|