Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçiriləcək | |
İyunun 3-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) ümumi yığıncağı keçiriləcək. Komitənin ofisində təşkil olunacaq yığıncaqda AMPK-nın Milli Abilimpiya Federasiyası və “Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasında təsisçi kimi iştirak olunması məsələləri müzakirə olunacaq. Qeyd edək ki, ölkəmizdə xüsusi karantin rejiminin müddətinin uzadılacağı təqdirdə ümumi yığıncağın videokonfrans formatında keçirilməsi nəzərdə tutulub. |
|
Xəbər 631 dəfə oxundu. |
|
|