Vilhelm Steynits memorialı: Şəhriyar Məmmədyarov üçüncü yerdədir
Mayın 16-da blits üzrə onlayn Vilhelm Steynits memorialında növbəti altı turun oyunları keçirilib.

Şəhriyar Məmmədyarov 6 turdan yalnız birində — rusiyalı şahmatçı Aleksandr Qrişukla oyunda məğlub olub. Ukraynalı Anton Korobov, rusiyalı Daniil Dubov, norveçli dünya çempionu Maqnus Karlsenlə “sülh” bağlayan şahmatçımız ispaniyalı David Quiyarro, vyetnamlı Le Quanq Liemlə oyunlardan qalib ayrılıb.

Ötən 12 turun oyunlarına görə, şahmatçımız 7 xalla üçüncü yerdədir. D.Dubov 8 xalla birinci, M.Karlsen 7,5 xalla ikinci yerləri tuturlar.

FIDE-nin və “chess24.com”un təşkilatçılığı ilə keçirilən turnir 18 turdan ibarətdir. Yarışın ümumi mükafat fondu 30 min avrodur. Mayın 17-dək davam edəcək turnir “chess24.com” şahmat platformasında oynanılır və birbaşa yayımlanır.

Xəbər 583 dəfə oxundu.