“Beşiktaş” klubu konqolu futbolçu ilə ikiillik müqavilə imzalayacaq | |
“Beşiktaş” futbol klubu yeni mövsüm ərəfəsində heyətini gücləndirməkdədir. Komanda Super Liqanın digər klubu “Alanyaspor”un 29 yaşlı müdafiəçisi Fabris En-Sakala ilə razılaşıb. Bir müddət futbolçu ilə yaxından maraqlanan “qara qartal”ın baş məşqçisi Sərgən Yalçın bu keçidin kifayət qədər xeyirli olacağını vurğulayıb. Konqolu futbolçu ilə ikiillik müqavilə imzalanacaq. Fabris En-Sakala “Beşiktaş”da ilk mövsümünə 800 min, növbəti il isə 900 min avro məvacib alacaq. Hazırkı maliyyə böhranı şəraitində İstanbul klubunun bu transferi sərfəli sayılır. |
|
Xəbər 528 dəfə oxundu. |
|
|