Rapid üzrə onlayn Avropa çempionatında Azərbaycanın 100-dən çox şahmatçısı mübarizə aparacaq | |
Mayın 16-da rapid üzrə onlayn Avropa çempionatı start götürəcək. 49 ölkədən şahmatçıların iştirak edəcəkləri yarışda Azərbaycan 100-dən çox şahmatçı ilə təmsil olunacaq. Qitə çempionatı A, B, C, D, E qrupları üzrə keçiriləcək. Yarışın ən güclü E qrupunda reytinqi 2300-dən yuxarı olan 265 şahmatçı iştirak edəcək ki, onlardan da 132-si qrossmeyster olacaq. Həmin qrupda 11 şahmatçımız mübarizə aparacaq. |
|
Xəbər 506 dəfə oxundu. |
|
|