Olimpiya mükafatçısı Yaponiyada kuryer kimi işə başlayıb | |
“London-2012” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, yaponiyalı qılıncoynadan Ryo Miyiki yeməklərin çatdırılması üzrə kuryer kimi işə başlayıb. R.Miyiki bu qərarı “Tokio-2020” Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınmasından sonra qəbul edib. İdmançı Yaponiyada məşhur şirkətlə müqavilə imzalayıb. R.Miyiki bu barədə deyib: “Mən bu addımı iki səbəbdən atdım. Birincisi, pul qazanmaq, digəri isə fiziki formada qalmaq. Tokionun rayonlarına sifariş aldıqda, bu, mənim üçün əsl məşq olur”. |
|
Xəbər 504 dəfə oxundu. |
|
|