Azərbaycan çempionatları ləğv olundu
Koronavirus pandemiyası üzündən dayandırılan voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqasında 2020/21 mövsümü ləğv olunub.

Azsport.az xəbər verir ki, bu barədə qərarı Azərbaycan Voleybol Federasiyası (AVF) verib.

AVF ölkə çempionatlarında eyni sayda oyunların keçirilməməsi və təxirə salınan qarşılaşmaların olduğu üçün belə addım atıb. Super Liqa və Yüksək Liqa ilə yanaşı, martın 14-də dayandırılan qadın və kişilər arasında I Liqanın nəticələri də ləğv edilib.

Həmçinin avrokuboklarda ölkəmizi yalnız qadınlardan ibarət “Azərreyl” klubunun təmsil edəcəyi rəsmiləşib. Famil Ağayevin rəhbərlik etdiyi və ləğv olunan mövsümün lideri olan komanda Çelenc kubokunda gücünü yoxlayacaq.

Qeyd edək ki, klubların voleybolçularla müqavilələri ötən ay başa çatıb. Əcnəbi oyunçulardan isə Bakıda yalnız “Azərreyl”in seneqallı oyunçusu Mbayanq Sek qalıb.

Xəbər 592 dəfə oxundu.