Çin komandası şahmat üzrə Millətlər Kubokunun qalibi olub
Mayın 10-da şahmat üzrə Millətlər Kubokunun superfinal mərhələsi baş tutub.

Turnirin qrup mərhələsini 17 xalla lider kimi başa vuran Çin komandası həlledici mərhələdə ABŞ yığması ilə qarşılaşıb. Yekun nəticə heç-heçə olduğundan Çin komandası əldə edilən xallara görə qalib olub.

Qeyd edək ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması turniri 4 xalla sonuncu yerdə başa vurub.
Xatırladaq ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.


Xəbər 752 dəfə oxundu.