Millətlər Kuboku: dünya yığması turnir cədvəlinin lideri Çin komandasına məğlub olub | |
Mayın 7-də şahmat üzrə Millətlər Kubokunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması növbəti görüşünü keçirib. Altıncı turda Çin komandası ilə qarşılaşan dünya yığması 0,5:3,5 hesabla rəqibinə uduzub. Turun digər oyunlarına gəldikdə isə ABŞ seçməsi Hindistan komandasını, Avropa yığması Rusiya millisini 2,5:1,5 hesabı ilə məğlub ediblər. Ötən turların yekun nəticələrinə görə, Çin komandası 11 xalla liderliyini davam etdirir. Avropa yığması 9 xalla ikinci, ABŞ komandası 7 xalla üçüncü pillədədirlər. Dünya yığması və Hindistan komandaları son yerləri bölüşürlər. |
|
Xəbər 681 dəfə oxundu. |
|
|