Futbol üzrə Almaniya çempionatının bərpa olunacağı tarix dəqiqləşib | |
Futbol üzrə Almaniya çempionatının - Bundesliqanın bərpa olunacağı tarix dəqiqləşib. Almaniya Futbol Liqası çempionatın mayın 16-da bərpa olunacağını açıqlayıb. Çempionatın iyunun 30-da başa çatdırılması planlaşdırılır. Mayın 16-da “Borussiya Dortmund” - “Şalke” komandası ilə üz-üzə gələcək. “Leyptsiq” isə doğma meydanda “Frayburq” komandasını qəbul edəcək. Turnir cədvəlinin lideri “Bavariya” isə səfərdə “Union Berlin” klubunun qonağı olacaq. Qeyd edək ki, Bundesliqa martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılmışdı. |
|
Xəbər 624 dəfə oxundu. |
|
|