Sinqapur Formula 1 yürüşünün keçirilməsi vaxtını hələlik təsdiq etməyib | |
Sinqapur Qran-Prisi sentyabrın 20-nə planlaşdırılıb, lakin "Liberty Media" təqvimə dəyişiklik edib. Odur ki, bu və ya digər yürüşün keçirilməsinin dəqiq vaxtından danışmaq hələlik tezdir. Sinqapur yürüşünün təşkilatçıları vəziyyətin gedişini izləyirlər və hazırda mərhələnin 2020-ci ildə keçirilməsi perspektivləri barədə qəti söz deyə bilmirlər. Şəhər mərhələsi promouterinin nümayəndəsi bildirib: "Sinqapur Qran-Prisinin təşkilatçıları COVID-19 ilə bağlı vəziyyəti diqqətlə izləyirlər və Formula 1, Sinqapur hökuməti və səhmdarlarla açıq dialoq aparırlar. Hazırda Formula 1-in 2020-ci il mövsümünün təqviminə yenidən baxılır. Hər hansı informasiya olan kimi biz bilet alıcılarını bütün dəyişikliklər barədə məlumatlandıracağıq. Azarkeşlərin, tamaşaçıların, iştirakçıların və əməkdaşların sağlamlığı və təhlükəsizliyi bizim başlıca prioritetlərimizdir". |
|
Xəbər 600 dəfə oxundu. |
|
|