2 rəqibi Karlsenə çatdı | |
Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə keçirilən onlayn şahmat turnirində 5-ci tura yekun vurulub. Azsport.az saytı xəbər verir ki, ABŞ şahmatçılarının görüşündə Fabiano Karuana Hikaru Nakamuranı “armagedon"da üstələyərək (3:2) 2 xal qazanıb. Nakamura 1 xal əldə edib. Rusiyalı Yan Nepomnyaşini 2,5:1,5 hesabı ilə üstələyən çinli Dinq Liren 3 xal qazanıb. Hazırda turnir cədvəlində Karlsen, Nakamura və Liren 11 xalla öndədirlər. Karuananın 10, Vaşye-Laqrav və Nepomnyaşinin 5, Girinin 4, Firuzcanın 3 xalı var. |
|
Xəbər 642 dəfə oxundu. |
|
|