Karlsen autsayderə yenildi | |
Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə keçirilən onlayn şahmat turnirində 5-ci turun iki qarşılaşması baş tutub. Azsport.az saytı xəbər verir ki, autsayderlərin uğuru kimi əlamətdar olan bu gündə indiyədək cəmi 1 xalı olan niderlandlı Aniş Giri turnirin lideri olan Karlseni 2,5:1,5 hesabı ilə məğlub edərək, hesabına 3 xal yazdırıb. Norveçlı şahmatçı isə bu gün xal qazana bilməyib. Digər qarşılaşmada turnirdə indiyədək heç bir xal qazana bilməyən FİDE-nin iranlı təmsilçisi Əlirza Firuzca fransalı Maksim Vaşye-Laqrava 2,5:1,5 hesabı ilə qalib gəlib. Firuzca turnirdə özünün ilk 3 xalını qazanıb. Fransalı bu turdan xalsız ayrılıb. Sabah ABŞ şahmatçıları Fabiano Karuana və Hikaru Nakamuta üz-üzə gələcəklər. Digər rəqabət rusiyalı Yan Nepomnyaşi ilə çinli Dinq Liren arasında olacaq. Hazırda turnir cədvəlində Karlsen 11 xalla liderdir. Nakamura 10 xalla ikinci pillədədir. Karuana və Lirenin 8, Vaşye-Laqrav və Nepomnyaşinin 5, Girinin 4, Firuzcanın 3 xalı var. |
|
Xəbər 569 dəfə oxundu. |
|
|