Daha bir futbol çempionatı koronavirus səbəbindən təxirə salınıb | |
Tacikistanda koronavirus pandemiyası səbəbindən futbol yarışları dayandırılıb. Mayın 10-na qədər bütün futbol oyunları təxirə salınıb. Hökumətin əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə ictimai və idman tədbirlərinə qadağa qoymasından sonra Tacikistan Futbol Federasiyası bütün futbol yarışlarını dayandırmaq məcburiyyətində qalıb. Çempionatın 4-cü turunun bu gününə planlaşdırılan görüşləri isə keçiriləcək. Xatırladaq ki, Tacikistan çempionatına aprelin 5-də start verilmişdi və koronavirus pandemiyasına baxmayaraq, dünyada davam edən nadir liqalardan biri idi. AZƏRTAC |
|
Xəbər 846 dəfə oxundu. |
|
|