Sentyabr ayında Berlində keçirilməsi nəzərdə tutulan marafon təxirə salınıb | |
Sentyabrın 26-27-də Almaniyanın paytaxtı Berlində keçirilməsi nəzərdə tutulan marafon koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Bu addım yerli hökumətin ölkədə 5 min və daha artıq insanın iştirakı ilə nəzərdə tutulan tədbirlərə qoyduğu qadağa səbəbindən atılıb. Yarışın yeni vaxtı barədə qısa müddətdə məlumat veriləcəyi vurğulanıb. Qeyd edək ki, Berlin marafonu 1974-cü ildən bəri hər il təşkil olunur. AZƏRTAC |
|
Xəbər 699 dəfə oxundu. |
|
|